EN

İraq xarici şirkətlərin işlədiyi neft yataqlarında fors-major elan edib

BAKI, 21 mart. TELEQRAF

İraq hökuməti xarici neft şirkətlərinin işlədiyi bütün yataqlarda fors-major rejimi tətbiq edib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bu qərar regionda hərbi əməliyyatların Hörmüz boğazı vasitəsilə gəmiçiliyi pozması fonunda qəbul olunub. Bildirilir ki, yaranmış vəziyyət ölkədən ixrac edilən xam neftin böyük hissəsinin daşınmasına mane olur.

Qeyd olunur ki, qərar İraqın Neft Nazirliyindəki mənbələrə istinadən açıqlanıb.

Xatırladaq ki, daha əvvəl Qətərin dövlət enerji şirkəti "QatarEnergy" də hücumlar nəticəsində yaranan zərərə görə İtaliya, Belçika, Cənubi Koreya və Çinlə uzunmüddətli mayeləşdirilmiş təbii qaz müqavilələri üzrə fors-major elan edə biləcəyini bildirmişdi.

Bundan əvvəl, martın 18-də İraq neftin Türkiyənin Ceyhan limanı vasitəsilə daşınmasına başlanacağını açıqlamışdı.

Chosen
106
teleqraf.com

1Sources