EN

Cənubi Koreyada zavodda yanğın: 10 nəfər ölüb, onlarla yaralı var

BAKI, 21 mart. TELEQRAF

Cənubi Koreyanın Tecjon şəhərində avtomobil ehtiyat hissələri istehsal edən zavodda baş verən yanğın nəticəsində azı 10 nəfərin həlak olduğunu bildirib.

Teleqraf xəbər verir ki, "Yonhap" agentliyi hadisə zamanı daha 59 nəfər xəsarət aldığını yazıb.

Bildirilir ki, yanğın zamanı müəssisədə ümumilikdə 170-ə yaxın işçi olub. Hazırda xilasedicilər itkin düşən dörd nəfərin axtarışını davam etdirir.

Qeyd olunur ki, fövqəladə xidmətlər artıq yoxlanılmış tikililərin sökülərək axtarış işlərinin genişləndirilməsini planlaşdırır.

Hadisəyə Cənubi Koreyanın Baş naziri Kim Min Seok də reaksiya verərək bütün mövcud qüvvə və vasitələrin yanğının söndürülməsinə cəlb olunması barədə göstəriş verib.

Chosen
92
teleqraf.com

1Sources