EN

Bu ölkələr müharibəyə qoşulur

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İsrailin hərbi əməliyyatlarını dəstəkləməyə yaxındır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Middle East Eye” nəşri rəsmi mənbələrə istinadən məlumat yayıb. 

Səudiyyə Ərəbistanı “Kral Fəhd” hərbi hava bazasını ABŞ qoşunları üçün açıb. Bölgəyə əlavə ABŞ qüvvələrinin yerləşdirildiyi xəbər verilir.

BƏƏ doqquz aya qədər davam edəcək uzunmüddətli müharibəyə hazır olduğunu bəyan edib. Qeyd edilir ki, Ər-Riyadda əhval-ruhiyyə tədricən İranın cəzalandırılması üçün ABŞ-nin müharibəsini dəstəkləməyə doğru dəyişir. Lakin hər iki ölkə ehtiyatlı mövqe tutur.

Ekspertlər xəbərdarlıq edirlər ki, hücum əməliyyatlarında birbaşa iştirak “Pandora” qutusunu aça bilər.ABŞ eyni zamanda Səudiyyə Ərəbistanına hücuma qoşulmaq üçün təzyiq göstərir.

Chosen
87
cebheinfo.az

1Sources