Ağdaş, 20 mart, AZƏRTAC
Ağdaşda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Hadisə axşam saatlarında rayonun Yuxarı Nemətabad kəndi ərazisində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin – 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Müxbir- Rəşad Türkoğlu