EN

Neftin qiyməti 170 dollara qədər qalxa bilər

Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings", Yaxın Şərqdəki gərginliyin enerji bazarlarına təsiri ilə bağlı yeni hesabatını dərc edib.

Turkustan.az xəbər verir ki,agentlik xəbərdarlıq edib ki, Hörmüz boğazının uzun müddət bağlanması neft qiymətlərinin kəskin artmasına səbəb ola bilər.

"Fitch"-in qiymətləndirməsinə görə, Hörmüz boğazı 6 ay ərzində faktiki olaraq bağlı qalarsa, "Brent" markalı neftinin qiymətlərinin 2026-cı il ərzində orta hesabla 120 dollara çatacağı gözlənilir. Bu dövrdə qiymətlər 130 ilə 170 dollar arasında yüksələ bilər.

Qeyd edilib ki, qısa müddətli, 3 aylıq bağlanma dövründə "Brent" neftinin bağlanma dövründə orta hesabla 130 dollara yüksələcəyi gözlənilir. İlin sonuna doğru qiymətlərin təxminən 90 dollara düşəcəyi təxmin edilir. Bu halda, 2026-cı il üçün orta qiymət təxminən 100 dollar ola bilər.

Qeyd olunur ki, Hörmüz boğazının bağlanması qlobal neft tədarükündə gündə təxminən 15 milyon barel itkiyə səbəb ola bilər. Bununla belə, məhdud miqdarda neftin daşınmasının tamamilə dayandırılmayacağı da bildirilir.

"Fitch" neft bazarlarında dəyişkənliyin davam edəcəyini vurğulayaraq, geosiyasi riskin yüksək səviyyədə qaldığını qeyd edib.

Hesabatda münaqişənin müddəti, Hörmüz boğazının nə qədər bağlı qalacağı və neft axınındakı pozuntuların dərəcəsi ilə bağlı qeyri-müəyyənliklərin bazarlar üçün həlledici amillər olaraq qalacağı əlavə edilib./Cebheinfo.az/

Chosen
47
1
turkustan.az

2Sources