EN

"Borussiya" onunla peşəkar müqavilə imzaladı

style='margin-bottom:10px;'>

Dortmund "Borussiya"sı mərkəz müdafiəçisi Luka Reggiani ilə peşəkar müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, italiyalı futbolçu ilə yeni müqavilə uzunmüddətlidir. Lakin tam detallar açıqlanmayıb.

Reggiani 2024-cü ilin fevral ayında "Sassuolo"dan "Borussiya" akademiyasına qoşulub. O, tədricən klubun gənclər komandalarında yol tapıb. Reggiani 17 yaşadək futbolçulardan ibarət komandada 12, 19 yaşadək futbolçulardan ibarət komandada 32 matç keçirib.

Müdafiəçi ilk peşəkar oyununa 7 fevral 2026-cı ildə "Borussiya"nın "Volfsburq"u 2:1 hesabı ilə məğlub etdiyi zaman çıxıb. O,  10 gün sonra Çempionlar Liqasında debüt edib.

Chosen
95
2
teleqraf.com

3Sources