Bakı. Trend:
Martın 20-də Bakıdan bölgələrə 370 reyslə 13 703 sərnişindaşınıb.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) bildirilib.
Məlumata görə, ötən gün əlavə olaraq 150 reys həyatakeçirilib.
Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az"portalından əldə edərək səfərlərini reallaşdırıb.
"Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başınaçatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalıvasitəsilə əldə etmələri tövsiyə olunur", - deyə agentlikdənbildirilib.