EN

Bakıdan bölgələrə 13703 sərnişin DAŞINIB

Yazını böyüt
Yazını kiçilt

Martın 20-də Bakıdan bölgələrə 370 reyslə 13 703 sərnişin daşınıb.

Bu barədə hafta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, ötən gün əlavə olaraq 150 reys həyata keçirilib. Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.

"Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur", - agentlikdən bildirilib.

Chosen
46
21
hafta.az

10Sources