EN

Dövlət laboratoriyalarının büdcəsi “özəl dostlara” necə köçürülür? 231 milyon manat “itirilir”!

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Araşdırmalar göstərir ki, dövlət səhiyyəsinin laboratoriyalarına ayrılan vəsaitin böyük hissəsi qanunsuz olaraq özəl laboratoriyalara yönləndirilir.

Avtosfer.az “Nocomment.az”a istinadən xəbər verir ki, 2024-cü ildə İcbari Tibbi Sığorta Fondu Publik Hüquqi Şəxslərə 1,7 milyard manat ayırsa da, bu vəsaitin 231 milyon manatı dövlət xərcləri əvəzinə özəl şirkətlərə ödənilib.

Maraqlı faktdır ki, bu özəl laboratoriyaların məsul şəxsləri TƏBİB-in laborator işçi qrupunun üzvləri və TƏBİB rəhbərliyinin dostlarıdır. Xərclərin mərhələli “sirkulyasiyası” – PHŞ → “X-Tibb Mərkəzi” → “Referans Klinik Laboratoriya Mərkəzi” → “Referans laboratoriyaları” – dövlət vəsaitlərinin iki dəfə istifadə olunmasına yol açır.

Bildirilir ki, bu vəsaitlə ölkə üzrə 4-cü səviyyəli 4 modern laboratoriya tam qurula bilərdi, amma əvəzində dövlət büdcəsi “özəl dostların cibinə” axır.

Nəticə: dövlət laboratoriyaları hələ də modernizasiya olunmayıb, əhali keyfiyyətli laborator xidmətlərdən gecikməli faydalanır, büdcə isə qanunsuz yollarla “yuyulur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
1
avtosfer.az

2Sources