AZ

Dövlət laboratoriyalarının büdcəsi “özəl dostlara” necə köçürülür? – 231 milyon manat “itirilir”!

Araşdırmalar göstərir ki, dövlət səhiyyəsinin laboratoriyalarına ayrılan vəsaitin böyük hissəsi qanunsuz olaraq özəl laboratoriyalara yönləndirilir.

NOCOMMENT.az xəbər verir ki, 2024-cü ildə İcbari Tibbi Sığorta Fondu Publik Hüquqi Şəxslərə 1,7 milyard manat ayırsa da, bu vəsaitin 231 milyon manatı dövlət xərcləri əvəzinə özəl şirkətlərə ödənilib.

Maraqlı faktdır ki, bu özəl laboratoriyaların məsul şəxsləri TƏBİB-in laborator işçi qrupunun üzvləri və TƏBİB rəhbərliyinin dostlarıdır. Xərclərin mərhələli “sirkulyasiyası” – PHŞ → “X-Tibb Mərkəzi” → “Referans Klinik Laboratoriya Mərkəzi” → “Referans laboratoriyaları” – dövlət vəsaitlərinin iki dəfə istifadə olunmasına yol açır.

Bildirilir ki, bu vəsaitlə ölkə üzrə 4-cü səviyyəli 4 modern laboratoriya tam qurula bilərdi, amma əvəzində dövlət büdcəsi “özəl dostların cibinə” axır.

Nəticə: dövlət laboratoriyaları hələ də modernizasiya olunmayıb, əhali keyfiyyətli laborator xidmətlərdən gecikməli faydalanır, büdcə isə qanunsuz yollarla “yuyulur”.

Seçilən
112
1
nocomment.az

2Mənbələr