EN

İsrail Tehranda raket zavodlarını darmadağın etdi: SEPAH-ın strateji mərkəzləri hədəfdə

İsrail Müdafiə Ordusu (ÇAXAL) İranın paytaxtı Tehran və ətraf ərazilərdə ballistik raketlərin istehsalı ilə birbaşa əlaqəli olan onlarla strateji obyekti vurduğunu rəsmən bəyan edib. Əməliyyatın əsas məqsədi İranın uzaqmənzilli raket potensialını uzunmüddətli dövr üçün sıradan çıxarmaq və İsrailə qarşı yönələn birbaşa hədələri neytrallaşdırmaq olub. Hava zərbələri nəticəsində raket sənayesinin “onurğa sütunu” hesab edilən mərkəzlərin ciddi ziyan gördüyü bildirilir.

NOCOMMENT.az xəbər verir ki, İsrail ordusunun açıqladığı siyahıda vurulan hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus ballistik raket komponentlərinin istehsalı üzrə mərkəzi kompleks, raket istehsalı üçün nəzərdə tutulmuş komplektləşdirici hissələrin saxlanıldığı anbarlar xüsusi yer tutur.

Bundan əlavə, İran Müdafiə Nazirliyinin raket yanacağının istehsalına cavabdeh olan obyekti və ballistik raketlərin müxtəlif detallarını hazırlayan müəssisələr də dəqiq zərbələrlə sıradan çıxarılıb. Hücumun effektivliyini təmin etmək üçün Tehranın hava hücumundan müdafiə (HHM) sistemləri də hədəfə alınıb və bir neçə batareya məhv edilib.

Aliyə
NOCOMMENT.az

Chosen
79
10
nocomment.az

10Sources