AZ

İsrail Hərbi Hava Qüvvələri Tehranda raket obyektlərini vurdu

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Tehrana qarşı bir sıra zərbələr endirib. Hücumların əsas hədəfi İranın raket infrastrukturu olub.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr onlarla obyektə yönəlib. Hədəflər arasında “İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ballistik raket komponentlərinin istehsalı və hazırlanması üçün istifadə edilən mərkəzi kompleksi”, raket hissələri anbarı, İran Müdafiə Nazirliyinin raket yanacağı istehsal olunan kompleksi, həmçinin ballistik raket detallarının istehsalı zavodu yer alıb.

Açıqlamada qeyd olunub ki, hücumlar zamanı Tehrandakı bir neçə hava hücumundan müdafiə sistemi də vurulub.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərini, o cümlədən paytaxt Tehranın özünü də əhatə edib. Ağ Ev bu hücumları İranın guya raket və nüvə təhlükəsi ilə əsaslandırıb.

Hücumlar nəticəsində İranın ali lideri ayətullah Əli Xameneyi və ölkə rəhbərliyinin bəzi əsas fiqurları həlak olub. SEPAH buna cavab olaraq İsrailə qarşı genişmiqyaslı əməliyyat keçirdiyini bəyan edib. Eyni zamanda, ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektləri də zərbələrə məruz qalıb.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
10
icma.az

10Mənbələr