EN

Milyonluq laboratoriya oyunu – Araşdırma sensasion detalları üzə çıxardı

Azərbaycanda dövlət laboratoriyalarında milyonlarla manatlıq korrupsiya sxeminin mövcud olduğu ilə bağlı ciddi iddialar ortaya çıxıb.

NOCOMMENT.az-ın məlumatına görə, araşdırmalarda dövlət hesabına alınan laboratoriya reagentlərinin sənədlərdə istifadə olunmuş kimi göstərildiyi, lakin əslində onların bir hissəsinin başqa istiqamətə yönləndirildiyi bildirilir.

İddialara görə, laboratoriyalarda aparılan analizlər üçün realda istifadə olunan reagent miqdarı ilə sənədlərdə göstərilən rəqəmlər arasında ciddi fərq olub. Belə ki, məsələn, bir analiz üçün lazım olan reagent miqdarı az olduğu halda, sənədlərdə daha çox yazılıb və artıq qalan hissə sistemdən kənarlaşdırılıb. Bu reagentlərin sonradan özəl laboratoriyalara verildiyi iddia olunur.

Məlumatlara görə, bu sxem uzun müddət sənədləşmə üzərində düzgün aparıldığı üçün aşkar edilməyib. Rəsmi sənədlərdə bütün göstəricilər normal göründüyündən, faktiki olaraq dövlət əmlakının necə dövriyyədən çıxarıldığını müəyyən etmək çətin olub. İddialara əsasən, bu mexanizm vasitəsilə dövlət büdcəsinə milyonlarla manat ziyan vurulub.

Nail
NOCOMMENT.az

Chosen
29
nocomment.az

1Sources