Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 2002-ci il təvəllüdlü X.Məmmədov yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.