EN

Cəlilabadda avtomobil çaya düşdü – sürücü xəsarət aldı

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kamal Quliyevin idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxaraq çaya düşüb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Chosen
74
41
unikal.az

10Sources