EN

XXV tur “Turan Tovuz”un qələbəsi ilə başa çatdı

Misli Premyer Liqasında XXV tura yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, turun son oyununda avrokuboklara iddialı olan "Turan Tovuz" doğma meydanda "Qəbələ"  ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Turan Tovuz”un heyətində Hayderson Hurtado (3, 49) və Joarlem Santos (59) fərqləniblər. Qonaq komandada Eşqin Əhmədov (27) qol vurub. Roderik Miller isə oyunun 90+7-ci dəqiqəsində avtoqol müəllifi olub.

Bu qələbədən sonra “Turan Tovuz” xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 16 xala malik “Qəbələ” isə 11-ci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan"  “Şamaxı”nı 1:0, Zirə FK “Karvan-Yevlax”ı 1:0, "Sabah" “Sumqayıt”ı 3:1, "Kəpəz" “Qarabağ”ı 1:0, "Neftçi" isə “İmişli”ni 6:0 hesabı ilə məğlub edib.

Chosen
72
2
90deqiqe.az

10Sources