AZ

"Turan Tovuz" son oyunda "Qəbələ"ni məğlub etdi

Misli Premyer Liqasında XXV tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun son oyununda avrokuboklara iddialı olan "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç qərb təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

"Turan Tovuz"un heyətində Hayderson Hurtado (3, 49) və Joarlem Santos (59) fərqləniblər. Qonaq komandada Eşqin Əhmədov (27) dəqiq zərbə müəllifi olub. Roderik Miller isə tovuzluların heyətində (90+7) avtoqol müəllifi olub.

Seçilən
41
6
publika.az

10Mənbələr