EN

Hakan Fidandan ŞOK BƏYANAT: "İsrail sülh istəmir, məqsəd başqadır!"

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə etdiyi səfərlərdən sonra mətbuat nümayəndələrinə mühüm bəyanatlar verib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, nazir Körfəz ölkələrində müharibənin daha iki-üç həftə davam edə biləcəyinə dair proqnozların olduğunu, İsrailin isə prosesi uzatmağa və ABŞ-yə təsir etməyə çalışdığını bildirib.

Fidan ABŞ və İsrailin ilkin mövqelərinin bir-birindən uzaqlaşdığını qeyd edərək, İsrailin sülhdən yayındığını vurğulayıb:

"Problem müharibəni bitirmək üçün planların olmaması deyil, İsrailin barış istəməməsidir. İsrail müharibəni mümkün qədər uzatmaq və İrana daha çox zərər vermək siyasəti yürüdə bilər. Bu yanaşma qarşısında ABŞ-nin tutacağı mövqe həlledici olacaq".

Nazir müharibədən sonra Körfəz ölkələrində ciddi dəyişikliklərin baş verə biləcəyini və müdafiə sənayesi sahəsində yeni axtarışların gündəmə gələcəyini qeyd edib.

O, Türkiyənin ilk gündən prinsipial mövqe nümayiş etdirdiyini bildirərək deyib: "Bu müharibədən sonra Türkiyəyə olan etimadın artdığını görürük. Biz həm İrana, həm də Körfəz ölkələrinə qarşı edilən yanlışları ən kəskin şəkildə dilə gətiririk".

Hakan Fidan İranın Körfəz ölkələrinə hücumlarının Riyaddakı toplantıda geniş müzakirə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Körfəz ölkələri bu müharibənin tərəfi olmadıqlarını və hava sahələrini İranın əleyhinə istifadəyə verməyəcəklərini bəyan ediblər.

Nazir Türkiyənin həm İsrailin təcavüzkar siyasətinə, həm də İranın müharibəni bölgəyə yayma cəhdlərinə qarşı olduğunu bir daha vurğulayıb.

Avropa Birliyi ilə əlaqələrə də toxunan Fidan, Türkiyənin strateji hədəfinin üzvlüklə bağlı olduğunu deyib. O, Gömrük İttifaqının yenilənməsi və viza rejiminin sadələşdirilməsi istiqamətində işlərin davam etdiyini, Avropa tərəfindən də siyasi iradənin zəruri olduğunu qeyd edib.

Musavat.com

Chosen
90
2
musavat.com

3Sources