Ucar rayonunda qadın meyiti tapılıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Qulabənd kəndində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü kənd sakini Quliyeva Məhəbbət Vaqif qızının meyiti yaşadığı evin həyətində aşkarlanıb.
Məlumata görə, M. Quliyeva onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır./unikal.az