EN

Rafinya “Barselona” ilə müqaviləsini uzada bilər

“Barselona”nın hücumçusu Rafinya karyerasını katalon klubunda davam etdirmək istəyir.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, braziliyalı futbolçu artıq klubun idman rəhbərliyi ilə komandada inkişaf etdirilməli aspektləri müzakirə edib.

29 yaşlı vinger baş məşqçi Hans-Diter Flikin oyun sistemində əvəzolunmaz oyunçudur və klub onun meydanda və meydandan kənarda göstərdiyi töhfəni yüksək qiymətləndirir. Gələcəkdə hücumçunun “Barselona” ilə müqaviləsini uzatması istisna edilmir.

Futbolçunun mövcud müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Cari mövsümdə Rafinya bütün turnirlərdə 30 oyuna çıxıb, 19 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt məlumatına görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Chosen
125
19
90deqiqe.az

10Sources