EN

Kiprdə gərginlik: Böyük Britaniya hərbi bazalarını hücum məqsədilə istifadə etməyəcək

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kipr hökumətinin nümayəndəsi bildirib ki, İranla bağlı böhran fonunda Böyük Britaniya adadakı hərbi bazalarını hücum əməliyyatları üçün istifadə etməyəcək.

Bizimyol.info xəbər verir ki, bu məlumat Böyük Britaniyanın baş naziri Keir Starmer ilə Kipr prezidenti Nikos Xristodulidis arasında keçirilən telefon danışığından sonra açıqlanıb.

Rəsmi bəyanatda qeyd olunub ki, Britaniya hökumət başçısı Kipr Respublikasının təhlükəsizliyinin London üçün vacibliyini vurğulayıb və regionda gərginliyin artmasının qarşısını almaq, sabitliyi təmin etmək məqsədilə tədbirlərin gücləndiriləcəyini təsdiqləyib. Həmçinin xüsusi olaraq bildirilib ki, Kiprdə yerləşən Britaniya bazaları hücum xarakterli hərbi əməliyyatlara cəlb olunmayacaq.

Bundan əvvəl, martın 2-də baş vermiş insident barədə məlumat yayılmışdı. Həmin vaxt İran istehsalı “Şahed” tipli pilotsuz uçuş aparatı adanın cənubundakı Akrotiri aviabazası ərazisində yerləşən obyektlərə cüzi ziyan vurub. Daha sonra iki pilotsuz aparat zərərsizləşdirilib və başqa ciddi hadisə qeydə alınmayıb.

Qeyd edək ki, Kipr 1960-cı ildə müstəqillik əldə etdikdən sonra Böyük Britaniya adada yerləşən iki hərbi baza üzərində suverenliyini qoruyub saxlayır.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
104
bizimyol.info

1Sources