EN

N Qolo Kante evləndi: 34 yaşlı ulduzun seçimi hər kəsi təəccübləndirdi FOTO

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransa millisinin və “Fənərbağça”nın ulduz futbolçusu N'Qolo Kante şəxsi həyatı ilə bağlı gözlənilməz addım atıb.

İdman.Biz xəbər verir ki, həmişə sadəliyi və təvazökarlığı ilə seçilən 34 yaşlı yarımmüdafiəçi 51 yaşlı Cud Littler ilə rəsmi nikaha daxil olub.

Üç övlad anası olan Cud Littler futbol dünyasına yad sima deyil. O, daha əvvəl tanınmış futbolçu Cibril Sissenin xanımı olub və ondan üç övladı var. Kantenin isə özünün hələlik övladı yoxdur.

Dünya çempionu olan Kante karyerası boyu şəxsi həyatını mediadan gizli saxlamağa çalışsa da, bu evlilik xəbəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, cütlüyün toy mərasimi yaxın dostların və ailə üzvlərinin iştirakı ilə qapalı şəraitdə baş tutub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
1
icma.az

2Sources