EN

Qazaxda ağsaqqallar işə qarışdı: Novruzun bu adəti ləğv edildi

Hər il Novruz bayramı ərəfəsində bütün media vasitələrində bu bayramın elementləri, nəsnələri barədə ciddi müzakirələr açılır. Bakıvaxtı.az xəbər verir ki, Bütün komponentlərin necə formalaşamasında dair fəlsəfi, tarixi mülahizələr irəli sürülür. Novruz ənənələrinin bəzi elementləri təqdir, bəziləri isə tənqid olunur. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Azərbaycan tarixinə çoxsayl görkəmli ziyalılar bəxş etmiş, qədim türk ənənələrini günümüzədək qoruyub saxlayan ulu Qazax rayonunda da Novruz adət-ənənələri məxsusi qeyd olunur. Bu ənənələr rayonun Yuxarı Salahlı kəndində xüsusi ab-havada həyata keçirilir. Evlərin bütün qapıları açılır, gecə səhərə qədər qapılar açıq qalır, yoldan ötən, kosa-keçəl kim istəsə  həyətə daxil olub, yeyib-içir, deyib-gülür, oynayır. Saz və qara zurna ifaçıları qapı-qapı dolaşır, hər kəsin bayramını təbrik edib, xoş ovqat yaradır. Hətta bu ənənələrin canlı şahidi olmaq üçün digər rayonlardan da qonaqlar təşrif buyururlar. Bu məsələnin maraqlı, xoşagələn tərəfidir. Bununla yanaşı, bu elementlər içərisində tənqid olunanı da var. Bu da kişilərin qadın paltarı geyinib, rəqs etməsidir. Qazaxlı ziyalıların söylədiyinə görə, bu komponent ona görə yaranıb ki, bayram günü qapılarını açıq qoyan evlərə daxil olmaq istəyən bəylərdən kimsə o evdəki bir xanımı sevirmişsə, həmin bəyi ailə üzvü tanımasın deyə, qadın qiyafəsinə bürünərmiş. Xub, bu, ola bilsin keçmiş dönəmlərdə, İKT-nin olmadığı və ya məhdud olduğu illərdə, keçərli hesab oluna bilərdi, amma indi internet əsridir, hər kəs hər kəsi görə, müşahidə edə bilir. Bu mənada ötən il sözügedən elementin ölkədə ciddi qınaq obyektinə çevrildiyinin şahidi olduq. Bu ildən isə Qazaxda ağsaqqal və ziyalıların tövsiyəsi ilə Novruz komponentləri sırasında kişilərin qadın qiyafəsinə bürünüb, rəqs etmələri aradan götürülüb ki, bu da xoş ovqat bağışlayır.   

Aydın Baxış

Chosen
126
1
bakivaxti.az

2Sources