EN

Hindistanın Baş naziri İran Prezidenti ilə danışdı -ENERJİ İNFRASTRUKTURUNA HÜCUMU PİSLƏDİ

İrandakı müharibənin başa çatması üçün ABŞ və İsrailin hücumları dərhal dayandırması lazımdır.

 

ISNA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığında deyib.

 

"Həmçinin hücumların təkrarlanmamasına zəmanət verilməlidir",- İran Prezidenti bildirib.

 

Hindistanın Baş naziri ölkəsinin gərginliyin və münaqişələrin artmasından dərin narahatlığını ifadə edib.

 

"Dünyada qida və enerji təhlükəsizliyi, eləcə də kənd təsərrüfatı məhsullarının ixracı ciddi təhdid altındadır", - Modi vurğulayıb və regiondakı enerji infrastrukturuna hər hansı hücumu qətiyyətlə pisləyib.

 

O, Hörmüz boğazının təhlükəsizliyinin təminatının davam etdirilməsini və Fars körfəzində sərbəst gəmiçilik şəraiti yaradılmasını tələb edib.

 

Chosen
49
3
senzor.az

4Sources