İrandakı müharibənin başa çatması üçün ABŞ və İsrailin hücumları dərhal dayandırması lazımdır.
“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığında deyib.
"Həmçinin hücumların təkrarlanmamasına zəmanət verilməlidir",- İran Prezidenti bildirib.
Hindistanın Baş naziri ölkəsinin gərginliyin və münaqişələrin artmasından dərin narahatlığını ifadə edib.
"Dünyada qida və enerji təhlükəsizliyi, eləcə də kənd təsərrüfatı məhsullarının ixracı ciddi təhdid altındadır", - Modi deyib və regiondakı enerji infrastrukturuna hər hansı hücumu qətiyyətlə pisləyib.
O, Hörmüz boğazının təhlükəsizliyinin təminatının davam etdirilməsini və Fars körfəzində sərbəst gəmiçiliyi tələb edib.