EN

"Çelsi" darmadağın oldu

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində "Everton"öz meydanında "Çelşi" komandasını qəbul edib.

Milli.Az xəbər verir ki, görüş sensasiyalı nəticə ilə yadda qalıb. Liverpul təmsilçisi London klubunu 3:0 hesabı ilə darmadağın edib və vacib qələbə qazanıb. Qarşılaşmada "Çelsi" gözlənilən performansı sərgiləyə bilməyərək rəqibinə ciddi müqavimət göstərə bilməyib.

Bu qalibiyyətdən sonra "Everton" xalını 46-ya yüksəldərək turnir cədvəlində 7-ci pilləyə irəliləyib. "Çelsi" isə 48 xalla 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, bu nəticə futbol ictimaiyyətində müzakirələrə səbəb olub və "Çelsi"nin uğursuz çıxışı azarkeşlərin narazılığı ilə qarşılanıb.

Hüseyn
Milli.Az

Chosen
49
1
milli.az

10Sources