EN

Trampdan yeni qərar: miqrasiya polisi ABŞ hava limanlarına göndərilir

ain.az bildirir, Sherg.az portalına istinadən.

Donald Tramp ABŞ-da hava limanlarının təhlükəsizliyi üçün ICE əməkdaşlarını cəlb etmək niyyətində olduğunu açıqlayıb.

Sherg.az xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, bu qurumun əməkdaşları 23 martdan etibarən hava limanlarında təhlükəsizliyi təmin etməyə başlaya bilər.

Tramp bildirib ki, demokratların ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşməsini qismən dayandırması mövcud təhlükəsizlik sisteminin işinə mane olur. Bu səbəbdən ICE əməkdaşlarının bu sahədə daha effektiv olacağını vurğulayıb.

Qeyd edək ki, qərar ABŞ-da təhlükəsizlik və miqrasiya siyasəti ətrafında müzakirələri daha da qızışdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
89
sherg.az

1Sources