EN

Azərbaycan döyüşçüsü UFC turnirindən çəkildi

BAKI, 22 mart. TELEQRAF

Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov UFC 327 turnirindən çəkilib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat yayıb.

Sadıxov buna səbəb kimi zədəsini göstərib: “Dostlar, UFC 327-dən çəkildim. Zədələnmişəm, hazırda bərpa prosesi keçirəm. Mümkün qədər tez qayıtmağa çalışacağam. Hamınıza təşəkkür edirəm, tezliklə görüşənədək”.

Qeyd edək ki, Nazim Sadıxov aprelin 11-də ABŞ-nin Mayami şəhərində keçirilməsi planlaşdırılan UFC 327 turnirində Markel Mederoşla qarşılaşmalı idi.

Chosen
109
4
teleqraf.com

5Sources