EN

Minlərlə insana şad xəbər: bu cərimələr silinə bilər

Pandemiya dövründə tətbiq edilən karantin qaydalarının pozulmasına görə minlərlə şəxs cərimələnmişdi. Aradan bir neçə il keçməsinə baxmayaraq, bu cərimələrin əhəmiyyətli hissəsinin hələ də ödənilmədiyi bildirilir. Son vaxtlar məsələ yenidən müzakirələrə səbəb olub. Xüsusilə bəzi ölkələrdə oxşar cərimələrin silinməsi ilə bağlı qərarların verilməsi, Azərbaycanda da belə bir addımın mümkün olub-olmaması məsələsini gündəmə gətirir.

Pandemiya dövründə tətbiq olunan karantin cərimələrinin silinməsi və ya yüngülləşdirilməsi nə dərəcədə mümkündür?

NOCOMMENT.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda da cərimələrin silinməsi mümkündür:

“Bu, həll olunmalı məsələlərdən biridir. Sadəcə, bunun müəyyən prosedurları var. Belə ki, ya parlament xüsusi qərar qəbul etməlidir, ya da Nazirlər Kabineti bu istiqamətdə addım ata bilər. Artıq uzun müddətdir ki, mövcud məsələ müzakirə olunur”.

İqtisadçının sözlərinə görə, yüz mindən çox insan cərimələnib:

“Bir neçə il əvvəl bununla bağlı statistika açıqlanmışdı. Bu baxımdan həmin cərimələrin silinməsi müsbət addım olardı. İnsanlar ən azından bu borc yükündən azad edilərdi. Bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstanda pandemiya cərimələri müəyyən mərhələlərlə silinib. Azərbaycanda da belə bir mexanizmin tətbiqi mümkündür və məqsədəuyğun olardı”.

Chosen
66
2
nocomment.az

3Sources