İngiltərənin “Çelsi” klubunun rəhbərliyi komandanın baş məşqçisi Liam Rosenyerin rəhbərliyi altında göstərilən oyun və nəticələrdən narazıdır.
90deqiqe.Az xəbər verir ki, komanda növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 41 yaşlı mütəxəssis vəzifəsindən uzaqlaşdırıla bilər. Bu barədə jurnalist Nikolо Şkira X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
Qeyd edək ki, Rosenyer bu ilin 8 yanvar tarixində London təmsilçisinin baş məşqçisi təyin olunub. Onun klubla mövcud müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.
“Çelsi” son dövrlərdə uğursuz çıxış edir. Komanda bütün turnirlər daxil olmaqla keçirdiyi son dörd oyunda məğlub olub və bu qarşılaşmalarda qapısından 12 top buraxaraq cəmi 2 qol vura bilib.
İngiltərə Premyer Liqasında 31 turdan sonra “zadəganlar”ın aktivində 48 xal var və komanda turnir cədvəlində altıncı pillədə qərarlaşıb.