EN

Kürdəmirdə ağır QƏZA: Yeddi yaşlı uşaq öldü

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kürdəmirin Çöl-Ərəb kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü Hidayət Hüseynov yolu keçərkən VAZ-2107 markalı avtomobil onu vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir Rayon Polis İdarəsində araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
18
oxu.az

10Sources