EN

“Çelsi”nin qaçmağa halı yoxdur VİDEO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərə Premyer Liqasında “Çelsi” ilə bağlı olduqca təəccüblü və bir o qədər də maraqlı faktı ortaya çıxarıb.

İdman.Biz xəbər verir ki, BBC-nin apardığı statistik araşdırmaya görə son turda "Everton"a 0:3 hesabı ilə məğlub olan "zadəganlar" qaçış məsafəsində də rəqibindən xeyli geri qalıb. Mersisayd təmsilçisi bu matçda "Çelsi"dən tam altı kilometr çox qaçıb.

Lakin əsas sensasiyalı məqam bu deyil. Məlum olub ki, "Çelsi" cari mövsümdə keçirdiyi bütün oyunlarda - istisnasız olaraq hər 31 turun hamısında - rəqiblərindən daha az məsafə qət edib. Bu, elitada mübarizə aparan klub üçün nadir rast gəlinən göstəricidir.

Mütəxəssislər bunu müxtəlif səbəblərlə, o cümlədən topa hədsiz sahibolma və ya oyunçuların motivasiya çatışmazlığı ilə əlaqələndirməyə çalışırlar. Səbəb nə olursa-olsun, bu fakt London klubunun oyun dinamikasındakı ciddi boşluğu göstərir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
74
48
icma.az

10Sources