EN

Malayziyada Novruz bayramı qeyd olunub

Bakı. Trend:

Azərbaycanın Malayziyadakı səfirliyində Novruz bayramımünasibətilə tədbir təşkil olunub.

Səfirlikdən Trend-ə bildiriblər ki, bu ölkədə yaşayan və təhsilalan azərbaycanlıların iştirak etdikləri tədbirdə səfir İrfanDavudov Novruz bayramının baharın gəlişini və yenilənməni təcəssümetdirdiyini vurğulayıb, bu baxımdan Azərbaycanın işğaldan azadolunmuş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpaişlərinin həmin bölgəyə dirçəliş və yeni həyat gətirməsinə diqqətçəkib.

Səfir bölgəyə sülhün gətirilməsində Ulu Öndər Heydər Əliyevinuzaqgörən siyasətinin, eləcə də onun reallaşmasında Prezident İlhamƏliyevin siyasi iradəsi və rəhbərliyinin rolunu vurğulayıb.Bildirib ki, Azərbaycan regionda və dünyada dayanıqlı sülh vəinkişaf proseslərinə töhfə vermək siyasətini davam etdirməkəzmindədir.

Qeyd olunub ki, regionda mürəkkəb vəziyyətə baxmayaraq, ölkəmizNovruz bayramını təhlükəsizlik və sabitlik şəraitində qeydedir.

Bayram proqramı çərçivəsində Novruzun ənənəvi atributları olansəməni, şamlar və milli dekor elementləri nümayiş etdirilib,qonaqlara milli mətbəximizin nümunələri, Novruz şirniyyatları vəçay süfrəsi təqdim olunub.

Chosen
128
5
az.trend.az

6Sources