EN

"Mançester Siti" final matçına itki ilə çıxacaq

style='margin-bottom:10px;'>

Bu gün İngiltərədə Liqa Kubokunun final oyunu keçiriləcək. "Uembli" stadionunda baş tutacaq həlledici qarşılaşmada "Arsenal" və "Mançester Siti" komandaları kubok uğrunda mübarizə aparacaqlar.

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin məlumatına görə, "şəhərlilər" final öncəsi ciddi itki ilə üzləşib. Müdafiəçi Ruben Diaş zədə səbəbindən bu axşam komandasına kömək edə bilməyəcək. Portuqaliyalı futbolçunun bud nahiyəsindən zədə aldığı bildirilir.

Qeyd edək ki, "Arsenal" və "Mançester Siti" arasındakı final matçı Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Chosen
84
teleqraf.com

1Sources