ABŞ-nin İran istilik elektrik stansiyalarına (İES) hücumu halında, Tehran bu qurğular bərpa olunana qədər Hörmüz boğazını tamamilə bağlayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfüqari bildirib.
"Əgər ABŞ-nin İran elektrik stansiyalarına qarşı təhdidləri həyata keçirilərsə, Hörmüz boğazı vurulan İran elektrik stansiyaları bərpa olunana qədər tamamilə bağlanacaq", - deyə o bildirib.
Aminə ŞAHSUVARQIZI