EN

Fransa klubu cərimə ödəyəcək

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Lion” sanksiyaya məruz qalacaq."Football-plus.az" xəbər verir ki, Fransa klubu ödənilməmiş transfer borcuna görə məhkəmə iddiası ilə qarşılaşıb. Ötən mövsüm maliyyə problemləri səbəbindən Liqa 1-i tərk etmək təhlükəsi yaşayan klubun başı yenidən dərddədi. Problem “Lion” və Braziliyanın “Botafoqo” klubu arasındakı transfer sövdələşməsindən qaynaqlanır.Məlumata görə, “Lion” braziliyalı İqor Jezus üçün nəzərdə tutulan ilk transfer ödənişini həyata keçirməyib. Bundan sonra borc bir sərmayə fonduna satılıb və həmin fond məhkəmə yolu ilə 62 milyon dollar məbləğində kompensasiya tələb edir. Bu məbləğə 43 milyon dollarlıq əsas borc, həmçinin müxtəlif cərimə və təzminatlar daxildi.İqor Jezus heç vaxt “Lion”un formasını geyməyib və hazırda İngiltərənin “Nottingem Forest” klubunda çıxış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
85
4
icma.az

5Sources