Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Səhər süfrəsində tez-tez yer alan bəzi məhsulların əslində orqanizm üçün o qədər də faydalı olmadığı bildirilir. Həkimlər xəbərdarlıq edir ki, günün ilk qidaları enerji balansına və metabolizmə birbaşa təsir göstərir.Demokrat.az-ın məlumatına görə türkiyəli həkim Halit Furkan qeyd edir ki, səhər yeməyi günün ən kritik mərhələlərindən sayılır. Bu vaxt qəbul edilən qidalar qan şəkərinin stabilləşməsində, enerji səviyyəsinin qorunmasında və günə düzgün başlanmasında mühüm rol oynayır.Onun sözlərinə görə, bəzi məşhur səhər yeməkləri isə əks təsir yarada bilər.Qızardılmış börək yüksək temperaturda hazırlandığı üçün trans yağların yaranmasına səbəb olur. Bu yağlar damar sağlamlığı üçün risklidir və acqarına qəbul ediləndə iltihab proseslərini gücləndirə bilər.Pişki ağ un və yağın birləşməsi olduğundan qan şəkərini sürətlə yüksəldir, ardınca isə kəskin düşüş yaradır. Nəticədə gün ərzində halsızlıq və şirniyyata meyl artır.Mürəbbə tərkibindəki yüksək şəkərə görə qaraciyərə əlavə yük salır və şəkərin qısa müddətdə yüksəlməsinə səbəb olur.Kartof fri yüksək temperaturda bişirilərkən zərərli maddələrin yaranmasına gətirib çıxarır, bu da orqanizmdə stress və balans pozuntusu yarada bilər.Sosiska və kolbasa kimi emal olunmuş məhsullarda duz və müxtəlif qatqılar çox olur. Bu cür qidaların tez-tez istifadəsi sağlamlıq üçün arzuolunmaz nəticələr doğura bilər.Paketlənmiş qarğıdalı qarışıqları isə adətən yüksək şəkər tərkibi ilə seçilir. Bu, səhər saatlarında enerji dalğalanmasına və tez acma hissinə səbəb olur.Şokolad kremi və hazır meyvə şirələri də yüksək şəkər miqdarı səbəbindən qan şəkərini sürətlə artırır, lakin bu enerji uzunmüddətli olmur.Həkimlər səhər saatlarında daha balanslı və təbii qidalara üstünlük verilməsini vacib sayır.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.