EN

Nəriman debüt oyunundan paylaşım etdi

Bu qış "Qarabağ"dan “Kolambus Kryu"ya keçən Nəriman Axundzadə komandasında debüt edib.

"Football-plus.az" xəbər verir ki, hücumçu MLS-in 5-ci turunda “Toronto” ilə dünən baş tutan qarşılaşmadan olan fotolarını sosial mediada “addım-addım” şərhi ilə paylaşıb.

Xatırladaq ki, o, oyuna 88-ci dəqiqədə Andre Qomeşin əvəzinə daxil olub. Bununla da 22 yaşlı hücumçu MLS-də meydana çıxan ilk azərbaycanlı futbolçu olub. Sözügedən matç “Kolambus Kryu”nun məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

Chosen
85
2
football-plus.az

4Sources