EN

İranda radio-televiziya mərkəzinə zərbə: 1 nəfər ölüb

BAKI, 23 mart. TELEQRAF

İranda radio və televiziya obyektinə endirilən zərbə nəticəsində itki qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, zərbə Bəndər-Abbas şəhərində yerləşən Fars körfəzi Radio və Televiziya Mərkəzinin AM ötürücüsünə endirilib.

Hadisə nəticəsində bir nəfərin həlak olduğu bildirilib.

Chosen
165
teleqraf.com

1Sources