EN

Kim Çen In yenidən KXDR-də Dövlət İşləri Şurasının Sədri seçilib

Şimali Koreya lideri Kim Çen In yenidən Dövlət İşləri Şurasının Sədri seçilib.

"Far.Az" xəbər verir ki, bu barədə "KCNA" məlumat yayıb.

Qeyd olunur ki, ölkədə Ali Xalq Məclisinin ilk sessiyası baş tutub.

Pxenyanda keçiriləcən görüşdə sosialist konstitusiyasına əlavə və dəyişikliklər, eləcə də Dövlət İşləri Şurasının sədrinin və digər aparıcı dövlət orqanlarının seçilməsi məsələləri də müzakirə olunub.

Şimali Koreyanın rəsmi siyasətini müəyyən edən parlamenti olan Ali Xalq Məclisi, adətən, hakim İşçi Partiyasının qurultayından sonra partiya qərarlarına qanun qüvvəsi vermək üçün toplaşır.

Chosen
111
far.az

1Sources