İstanbulda iki binanın çökməsi nəticəsində bir nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İstanbul valisinin mətbuat xidməti yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatı zamanı dağıntılar altından 11 nəfər çıxarılıb.
Onlardan biri həyatını itirib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Bizim.Media