EN

Neymarın dünya çempionatına yollanması sual altındadır

ain.az, sport24.az saytına istinadən bildirir.

Braziliya Futbol Federasiyasına yaxın mənbənin məlumatına görə, Neymarın dünya çempionatında iştirakı sual altındadır. Sport24.az xəbər verir ki, bu barədə "CNN Brazil" məlumat yayıb.

Braziliya Futbol Federasiyasının rəhbərliyi uzun müddətdi meydana çıxmayan hücumçunun lazımi formanı bərpa edəcəyinə əmin deyil.

Oyunçu ilə rəsmilər arasında da gərginlik yaşanır. Mənbənin sözlərinə görə, Neymarın bəzi açıqlamaları və mediadakı yazışmaları federasiya daxilində mənfi qəbul edilir və narazılığa səbəb olub.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti oyunçunun vəziyyətini şəxsən qiymətləndirmək "Mirassol" ilə matçı canlı izləyib. Lakin Neymar yüklənmə səbəbindən nəinki həmin görüşdə meydana çıxıb, heç stadiona gəlməyib ki, bu da federasiya tərəfindən narazılıqla qarşılanıb. 

Qeyd olunur ki, vaxt ötdükcə, federasiyada Neymarın dünya çempionatına hazır olacağına inananların sayı azalır. Oyunçunun vəziyyətini yaxşılaşdırmaq üçün məhdud sayda oyununun qaldığı vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
72
sport24.az

1Sources