EN

Kriptobirjada son durum Bitcoin in qiyməti ucuzlaşıb

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlərdə əsasən eniş müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, Bitcoin son 24 saatda 0,85% ucuzlaşaraq 68 595,10 dollara, Ethereum isə 2,55% azalaraq 2 057,95 dollara enib.

Bazarın digər əsas aktivlərində də əsasən mənfi dinamika qeydə alınıb. Belə ki, BNB-nin qiyməti 0,68% azalaraq 628,08 dollar, XRP 1,94% ucuzlaşaraq 1,38 dollar, Solana 1,80% azalaraq 86,72 dollar, Dogecoin isə 1,21% ucuzlaşaraq 0,09065 dollar təşkil edib.

Eyni zamanda bəzi aktivlərdə məhdud artım müşahidə olunub. Bitcoin Cash-in qiyməti 0,28% artaraq 467,40 dollar, UNUS SED LEO tokeni isə 0,71% yüksələrək 9,29 dollar olub. Digər iri altkoinlərdən Cardano 2,48% azalaraq 0,2510 dollar, TRON isə 0,01% ucuzlaşaraq 0,3086 dollar səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, müşahidə olunan eniş əsasən qlobal maliyyə bazarlarında risk iştahının azalması, investorların qısamüddətli mənfəət realizasiyası, həmçinin altkoin bazarında zəif ticarət aktivliyi və makroiqtisadi qeyri-müəyyənlik fonunda ehtiyatlı mövqe tutmaları ilə izah olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
4
apa.az

5Sources