EN

Evdən ər və arvadın meyiti tapıldı YENİLƏNİB

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvanda meyiti tapılan ər-arvadın ölüm səbəbi məlum olub.

Redaktor.az Report-a istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü arvadı Hüseynova Gülü Xalıqverdi qızı yaşadıqları fərdi yaşayış evində dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Naxçıvanda ər-arvad yaşadıqları evdə ölmüş vəziyyətdə tapılıblar.

Redaktor.az xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, 40 yaşlı Baxşəli Allahverdiyev ilə 34 yaşlı arvadı Gülnarə Hüseynovanın üzərində xəsarət izləri müəyyən edilməyib Prokurorluq hadisənin baş vermə səbəbini araşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
91
2
redaktor.az

10Sources