EN

Qızıl və gümüş ucuzlaşdı

COMEX ticarət birjasında aprel ayı üzrə qızıl füçerslərinin qiyməti yanvarın 5-dən bəri ilk dəfə bir unsiya üçün 4 400 dollardan aşağı düşüb.Metbuat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 04:35-ə olan məlumata görə, qızılın qiyməti 2,7 faiz azalaraq 4 370,7 dollar olub. Bir neçə dəqiqə sonra eniş davam edərək qiymət 4 342,7 dollara (-3,32%) qədər geriləyib.

Gümüş də ucuzlaşıb. COMEX-də mart ayı üzrə gümüş füçerslərinin qiyməti fevralın 5-dən bəri ilk dəfə 65 dollardan aşağı düşərək 64,83 dollar (-4,39%) olub. Sonradan eniş zəifləyib və qiymət 66,15 dollara (-2,45%) yüksəlib.

Chosen
79
2
metbuat.az

3Sources