EN

Kim Çen In yenidən KXDR-in dövlət işləri üzrə rəhbəri seçilib

Şimali Koreya lideri Kim Çen In yenidən KXDR Dövlət İşləri Komissiyasının rəhbəri təyin edilib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb .

Liderin nüfuzlu bacısı Kim Yo Jong, 2021-ci ildən bəri çalışdığı ölkənin ən yüksək idarəetmə orqanı olan Dövlət İşləri Komissiyasının siyahısında yox idi.

Cənubi Koreyanın Birləşmə Nazirliyi artıq siyahıda olmamasının səbəblərini araşdırdığını bildirsə də, analitiklər bu addımın mütləq təsir itkisi demək olmadığını bildiriblər.

Kyungnam Universitetinin professoru Lim İl-cheol bildirib ki, "Onun yoxluğu statusun aşağı düşməsini deyil, rolların strateji bölgüsünü göstərir".

O, gənc Kimin hakim İşçi Partiyasında departament direktoru vəzifəsində real hakimiyyəti əlində saxlamağa davam etdiyini və siyasətin əlaqələndirilməsində daha vacib, partiya yönümlü rol oynaya biləcəyini söylədi.

Şimali Koreyanın dövlət siyasətini rəsmi olaraq təsdiqləyən assambleyası, adətən, hakim İşçi Partiyasının qurultayından sonra partiyanın qərarlarını qanunlara çevirmək üçün toplaşır.

Pxenyanda keçiriləcək görüşdə sosialist konstitusiyasına əlavə və dəyişikliklər, eləcə də Dövlət İşləri Komissiyasının sədri və digər dövlət idarəetmə orqanlarının seçkiləri müzakirə olunacaq. Ölkənin beş illik iqtisadi planının da yenidən nəzərdən keçirilməsi gözlənilir.

Artıq yazdığımız kimi, 15 mart bazar günü Şimali Koreyada Ali Xalq Məclisinə seçkilər keçirildi. Nəticədə deputatların 70%-i dəyişdirildi.

Xatırladaq ki, Cənubi Koreya kəşfiyyatı əvvəllər Kim Çen Inın guya "13 yaşlı qızı Kim Çju-eni varisi təyin etməyə yaxın olduğunu" qiymətləndirmişdi.

Müəllif: Günel Fərzəliyeva
Chosen
53
sia.az

1Sources