EN

Ermənistan Avropa Sülh Fonduna üçüncü yardım paketi üçün müraciət edib

Bu barədə “armenpress” məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentin xarici əlaqələr komissiyasının iclasında bəyan edib: “Ermənistan Avropa sülh aləti çərçivəsində ikinci köçürməni alıb. Söhbət 20 milyon dollar məbləğində yardımdan gedirdi. Biz artıq üçüncüsü üçün müraciət etmişik”.

Qeyd edək ki, Avropa Sülh Fondu 2024-cü ildə Ermənistanın Silahlı Qüvvələrinin maddi-texniki potensialının gücləndirilməsinə, böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına kömək məqsədilə 10 milyon avro ayırıb. İkinci, 20 milon dollarlıq yardım paketi isə 2026-cı ilin yanvarında təsdiqlənmişdi.

XQ

Chosen
92
7
xalqqazeti.az

9Sources