Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 10 milyon 604 min dollar dəyərində 11 min 976 ton düyü idxal edilib.
Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.
Düyü idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2 milyon 868 min və ya 21,3%, miqdar ifadəsində isə 13,6% və ya 1 879 ton azalıb.
Cari ilin ilk 2 ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,41%-ni təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 13 milyon 472 min dollar dəyərində 13 min 855 ton düyü idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!