AFFA nümayəndələri Avstriyanın paytaxtı Vyanada keçirilən III "UEFA Grow" Konfransında iştirak ediblər.
Bu barədə Aznews.az-a qurumun mətbuat xidmətindən bildirilib.
Tədbir milli assosiasiyaların kommunikasiya və marketinq rəhbərlərini bir araya gətirərək futbol kommunikasiyalarını, marketinq və kommersiya strategiyasını formalaşdıran əsas tendensiyaların müzakirəsinə həsr olunub.