EN

Azərbaycan şəkər ixracından gəlirini 4 dəfədən çox artırıb

BAKI,TurkicWorld

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ölkəsi İranla bağlı hərbi əməliyyatları maliyyələşdirmək üçün kifayət qədər resurslara malikdir.

TurkicWorld xəbər verir ki, nazir qeyd edib ki, əlavə büdcə tələbi mövcud xərcləri qarşılamaqdan çox, gələcək hərbi potensialın gücləndirilməsinə yönəlib.

Bessent vurğulayıb ki, ABŞ ordusunun uzunmüddətli perspektivdə güclü qalması üçün Konqresdən əlavə maliyyə dəstəyi istənilib.

Nazir İranın infrastrukturuna yönələn hücumlarla bağlı “bəzən gərginliyi azaltmaq üçün onu artırmaq lazımdır” ifadəsini işlədib.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın İrana qarşı sərt ritorikasını müdafiə edərək bunun “İranın başa düşdüyü yeganə dil” olduğunu bildirib.

Bessent əlavə edib ki, Bəsrə körfəzində yerləşən Xark adası ilə bağlı müxtəlif variantlar, o cümlədən bu ərazinin ABŞ nəzarətinə keçməsi ehtimalı da müzakirə olunur.

Nazirin sözlərinə görə, İran və Rusiya neftinə tətbiq edilən sanksiyaların qismən yumşaldılması Yaponiyа və Cənubi Koreya kimi ölkələrin də bazara çıxışını təmin edə bilər. Bu addımın neft qiymətlərinin kəskin artmasının qarşısını alacağı və Tehranla Moskvanın gəlirlərini məhdudlaşdıracağı bildirilir.

Qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi İranla bağlı davam edən gərginlik fonunda əlavə 200 milyard dollar həcmində büdcə ayrılmasını təklif edib.

Chosen
66
turkic.world

1Sources